ice berg

ice berg Maraqlı 18-04-2026, 19:00

Kiçik molyusk bütün İspan donanmasını məhv etdi: Bu necə baş verdi?

Kiçik molyusk bütün İspan donanmasını məhv etdi: Bu necə baş verdi?

1588-ci ildə İspan armadasının uğradığı böyük itkilərə kiçik canlıların - gəmi qurdlarının fəaliyyəti səbəb olub.

 

Loading.aZ xəbər verir ki, bu barədə "BBC Wildlife" yazıb.

 

Qeyd edilir ki, gəmi qurdları əslində qurd deyil, molyuskların xüsusi bir növüdür. Onların qabığı yoxdur və bunun əvəzinə sərt çıxıntıları ilə taxta səthi cızaraq onu xırda hissələrə parçalayır və qidalanırlar. Məhz bu canlılar İspan gəmilərini hələ fırtınaya düşməzdən əvvəl “ələk” kimi deşmişdi.

 

Tarixçilərin fikrincə, İspan armadasının Britaniya qüvvələrinə məğlubiyyətindən sonra Şotlandiya və İrlandiya sahilləri yaxınlığında çoxlu gəmilərin qəzaya uğramasının səbəblərindən biri də onların artıq bu qurdların yaratdığı deşiklər səbəbilə ciddi zədələnmiş vəziyyətdə olması idi.

 

Uzun müddət alimlər bu molyuskların sərt ağacı necə həzm etdiyini anlaya bilmirdilər. Massaçusets Universitetinin təqaüdçü professoru Barri Qudell bildirir ki, vəziyyət illərlə çıxılmaz kimi görünürdü.

 

“Gəmi qurdunun həzm sistemi uzun müddət demək olar ki, boş hesab olunurdu”, deyə Barri Qudell qeyd edib.

 

Lakin son araşdırmalar zamanı alimlər molyuskun bağırsağında gizli bir orqan – tiflosol aşkar ediblər. Məhz orada bakteriyaların lignini parçalaya bilən fermentlər istehsal etdiyi müəyyən olunub.

 

Alimlər bu kəşfin yalnız tarixi deyil, həm də ekoloji əhəmiyyət daşıdığını vurğulayırlar. Gəmi qurdları okeana düşən manqrov meşələrinin biokütləsinin təxminən 70 faizini parçalaya bilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
150 153 163 143 158 165

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.