Qayıtma
Qayıtma, mən daha toparlanmışam,
Nə həsrət çəkirəm, nə də qəm-kədər.
Burda səni heç kəs gözləmir daha,
Qayıtma, boş yerə qayıtma hədər.
Arabir qələmlə qarışır başım,
Şeirlər, qəzəllər düzü yazıram.
Oxuyub haçansa, heç ümidlənmə,
Mənəm də, inanma sözdü, yazıram.
Şeirlər nə badə aldatsın səni,
Düşmə hədər yerə söz hiyləsinə.
Sevərək getdiyin həmin yerdə qal,
Hər qurban yaraşır öz hiyləsinə.






