Rusiya səfiri: Britaniyanın PUA dəstəyi müharibəni uzadır
Böyük Britaniyanın Kiyevə pilotsuz uçuş aparatları (PUA) tədarük etməsi Ukraynadakı müharibənin uzanmasına səbəb ola bilər. Sun.Az xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfiri Andrey Kelin BBC-yə müsahibəsində bildirib.
"Bu addım yalnız Ukraynadakı əzabları və müharibəni uzadacaq. Bu isə Böyük Britaniyanın nizamlanmada maraqlı olmadığını göstərir", - deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, Avropa ölkələri münaqişənin həllindən daha çox onun uzanmasında həlledici rol oynamağa çalışırlar.






