Böyük Britaniyanın GB News telekanalının yayımı yarımçıq dayandırılıb - Trampın açıqlaması rezonans yaradıb
GB News canlı yayımı qəfil dayandırılıb və aparıcılar təcili xəbər rejiminə keçiblər. Ekranda "breaking news" (son dəqiqə) yazısı ilə yayımlanan məlumatda ABŞ prezidenti Donald Trump ilə bağlı mühüm açıqlama verilib. Sun.Az
Daily Express-ə istinadən xəbər verir ki, aparıcılar bildiriblər ki, Tramp Böyük Britaniya ilə bağlı mühüm qərar və planlarını açıqlayıb. Bu açıqlama həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır və artıq ciddi müzakirələrə səbəb olub.
Canlı yayımda qeyd olunub ki, bu xəbər Böyük Britaniyanın mövcud hökuməti üçün də müəyyən mənada zərbə hesab olunur. Xüsusilə də Baş nazir Keir Starmer üçün bu vəziyyət siyasi təzyiq yarada bilər.
Studiyada çıxış edən ekspertlər bildiriblər ki:
Trampın qərarı ABŞ-Böyük Britaniya münasibətlərinə təsir edə bilər
Bu addım gələcək iqtisadi və siyasi əməkdaşlıq üçün risklər yarada bilər
Mövzu yaxın günlərdə daha da geniş müzakirə olunacaq
Aparıcılar əlavə ediblər ki, vəziyyət sürətlə dəyişir və yeni məlumatlar gəldikcə tamaşaçılara çatdırılacaq.
Müəllif: İlkin Məmmədkərimov






