cabir

cabir Xəbərlər 19-04-2026, 12:20

Toyda DƏHŞƏT: Ofisiant azyaşlı uşağı yanan sobaya atdı

Toyda DƏHŞƏT: Ofisiant azyaşlı uşağı yanan sobaya atdı

Hindistanda baş tutan toy mərasimində ofisiant şirniyyat oğurladığı üçün 11 yaşlı Çaman adlı oğlan uşağını yanan sobaya atıb.

Bu barədə "NDTV" telekanalı məlumat verib.              

Məlumata görə, Çaman nənəsi ilə birlikdə ailə mərasiminə qatılıb və bir neçə dəfə masadan desert (şirniyyat) götürüb.

Mərasimi qida ilə təmin edən səyyar yemək şirkəti əməkdaşı bir neçə şirniyyata görə uşağa əsəbiləşərək onu tutub, ocağın yanına gətirib. Uşaq onun əlindən dartılaraq qaçmağa çalışsa da tarazlığını itirib və birbaşa odun içinə düşüb.

Uşağın qışqırıq səsinə gələn qonaqlar onu ağır yanıq xəsarətləri aldığı ocağın içindən çıxarıb. Uşaq səhhəti kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ofisiant hadisə yerindən qaçıb və hazırda polis onu axtarır. (  Sun.Az)

            

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
126 136 111 126 110 135

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.