cabir

cabir Xəbərlər 19-04-2026, 20:15

Livanda Fransa hərbçisi həlak oldu, Makron "Hizbullah"ı ittiham etdi

Livanda Fransa hərbçisi həlak oldu, Makron "Hizbullah"ı ittiham etdi

"BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlı kontingentində xidmət edən fransız hərbçi Livanın cənubunda endirilən zərbə nəticəsində həyatını itirib".         Sun.Az                

xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" hesabında məlumat yayıb.                

"Montabandakı 17-ci paraşüt-mühəndis alayının baş serjantı Florian Montorio bu gün səhər saatlarında Livanın cənubunda BMT sülhməramlı missiyasına edilən hücum zamanı həlak olub. Hadisədə daha üç hərbçi yaralanıb və onlar təxliyə ediliblər", - deyə dövlət başçısı paylaşımında qeyd edib.

Makronun sözlərinə görə, bütün faktlar hücuma görə məsuliyyətin "Hizbullah"ın üzərinə düşdüyünü sübut edir. Bu səbəbdən o, Livan rəhbərliyindən günahkarların həbs edilməsini və UNIFIL ilə birlikdə nizam-intizamın təmin olunması üçün məsuliyyəti öz üzərinə götürməsini tələb edib.

Qeyd edək ki, sülhməramlı missiya 1978-ci ildə İsrailin Livana müdaxiləsindən sonra BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsasən yaradılıb. Təşkilatın mandatı hər altı aydan bir yenilənir. UNIFIL-in tərkibində 47 ölkədən təqribən 7.5 min nəfər xidmət edir.

Livan Prezidenti Cozef Aun də fransalı həmkarı ilə telefon danışığı zamanı ölkədə Fransa Silahlı Qüvvələrinin bir hərbçisinin həlak olması ilə nəticələnən sülhməramlı qüvvələrə hücumu kəskin pisləyib. Aunun dəftərxanasından verilən məlumata əsasən, o, Makrona insidentin tam araşdırılması barədə göstəriş verdiyini çatdırıb.

"Prezident bir daha təsdiqləyib ki, BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinə (UNIFIL) qarşı istənilən hücumu birmənalı rədd edən Livan dövləti bu qüvvələrin təhlükəsizliyinin qorunmasına və onların öz vəzifələrini yerinə yetirməsi üçün lazımi şəraitin yaradılmasına tam sadiqdir", - deyə açıqlamada qeyd olunub.

C.Aun bildirib ki, müvafiq qurumlara insidentin dərhal təhqiq olunması və günahkarların kimliyinin müəyyənləşdirilməsi tapşırılıb. Aun, həmçinin xüsusi olaraq vurğulayıb ki, Livan hakimiyyəti cinayətdə əli olan bütün şəxsləri tərəddüd etmədən məsuliyyətə cəlb edəcək.

                

    

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
138 156 149 129 126 123

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.