cabir

cabir Xəbərlər 19-04-2026, 21:10

ABŞ-nin Yaxın Şərqə göndərdiyi hərbçilər aclıq çəkirlər?

ABŞ-nin Yaxın Şərqə göndərdiyi hərbçilər aclıq çəkirlər?

Pentaqonun rəhbəri Pit Heqset ABŞ-nin Yaxın Şərqdə xidmət edən hərbi qulluqçularının ərzaq qıtlığı ilə üzləşməsi barədə yayılan məlumatları təkzib edib.         Sun.Az           xəbər verir ki, bu barədə hərb naziri "X" hesabında bildirib. Qeyd edib ki, bu informasiya həqiqətə uyğun deyil.  

Heqsetin sözlərinə görə, logistik məlumatların yoxlanışı "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin və "Tripoli" desant gəmisinin ərzaqla tam təmin edildiyini göstərib.

"Hər ikisinin 30 gündən çox müddətə bəs edəcək birinci kateqoriyalı təminatı - ərzağı mövcuddur", - deyə o bildirib.

Xatırladaq ki, ötən gün "USA Today" portalı hərbçilərin qohumlarına istinadla məlumat yaymışdı ki, Fars körfəzi sularındakı gəmilərdəki qida ehtiyatları tükənmək üzrədir: təzə meyvə və tərəvəzlər yoxdur, porsiyalar kiçildilib, menyu isə əsasən, emal edilmiş məhsullardan ibarətdir.

             

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
90 133 125 127 132 90

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.