"Onlar imperatorlardır" - Lukaşenkodan maraqlı açıqlama
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putini və ABŞ Prezidenti Donald Trampı "böyük insanlar" və "imperatorlar" adlandırıb. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, o, bu fikirləri RT jurnalisti Rik Sançezə müsahibəsində səsləndirib.
"Bilirsiniz, mən Donald Tramp və ya Vladimir Putin kimi imperator deyiləm. Onlar sevilməkdən danışa bilərlər. Onlar böyük insanlardır", - deyə Lukaşenko bildirib.
Belarus lideri özünü "orta ölçülü ölkənin rəhbəri" adlandıraraq, imkanlarının Putin və Trampla müqayisədə daha məhdud olduğunu vurğulayıb.
O, həmçinin qeyd edib ki, Belarus ərazisindən Polşa və Litvaya qarşı müharibəyə başlamaq mümkün deyil. Lukaşenkonun sözlərinə görə, əsas məqsəd qonşu ölkələri mümkün təcavüzə qarşı xəbərdar etməkdir. O əlavə edib ki, Belarus müharibəyə cəlb olunmasa, cavab addımları atmağa ehtiyac qalmayacaq.






