10 milyon dollarlıq azadlıq: məşhur iş adamı sərbəst buraxıldı
İş adamı və müxalif "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyan 10 milyon dollardan artıq girov qarşılığında azadlığa buraxılıb. Sun.Az
xəbər verir ki, bu barədə TASS agentliyi siyasətçinin vəkilinə istinadən məlumat yayıb.
Vəkilin sözlərinə görə, bu məbləğ Ermənistan tarixində görünməmiş həcmdədir. Bildirilir ki, Karapetyan təxminən 4 milyard dram (10,6 milyon ABŞ dolları) girov müqabilində sərbəst buraxılıb.






