Rusiyanın iki böyük aviasiya layihəsi iflas astanasında
Amerikanın "19FortyFive" jurnalının müəllifi Ruben Conson Rusiyanın ən qabaqcıl aviasiya proqramlarından ikisinin iflas həddinə çatdığını iddia edib. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, söhbət Su-57 beşinci nəsil qırıcı təyyarəsi və gələcək strateji bombardmançı kimi nəzərdə tutulan Qabaqcıl Uzun Mənzilli Aviasiya Kompleksi (PAK DA) layihələrindən gedir.
Məqalədə qeyd olunur ki, döyüş təyyarəsi ilə bağlı məlumatlar internetə sızdırılmış məxfi sənədlər əsasında əldə edilib. Həmin sənədlərə görə, Rusiya sənayesi yeni nəsil təyyarələrin istehsalı üçün zəruri komponentlərin çatışmazlığı və kadr problemi ilə üz-üzədir.
Köşə yazarı mövcud vəziyyəti təsvir edərkən bildirir ki, bu hal qədim bir deyimi xatırladır: "bəzən böyük itkilər kiçik çatışmazlıqlardan başlayır".






