Pyramus və Thispe
Yunan mifologiyasına görə, Qədim zamanlarda
biri-birini çox sevən iki gənc var imiş. Qızın adı
Thispe, oğlanın adı isə Pyramus idi. Bu gənclər
uşaqlıqdan bir-birilərini sevsələr də valideynləri
onların birləşməyinə narazı imiş. Bu ikili ayrı qala
bilmirlər və qonşu olduqlarına görə çəpərdə
balaca oyuq açıb, bir-biriləri ilə gecələr söhbət
edib, eşqlərini dilə gətirirdilər. Yenə gizlincə
görüşdükləri gün qərara gəlirlər ki, səhərisi gün
meşədəki tut ağacının altında görüşüb, qaçsınlar.
Səhər açılır, Qız yəni Thispe, oğlandan əvvəl görüş
yerinə çatır və tut ağacının altında oturub gözləyir.
Elə bu vaxt ağzından qan axan aslanın gəldiyini
görən Thispe, cəld yaxınlıqdakı mağaraya qaçıb
gizlənir. Qaçarkən də boğazındakı şərfi düşür
yerə. Elə üstündən çox keçmir ki, Pyramus gəlir,
amma gördüyü mənzərə qarşısında donur. Dəli
kimi sevdiyi qızın şərfi aslanın ağzında və şərfdən
qan damcıllayır. Elə zənn edir ki, aslan Thispeni
yeyib. Pyramus buna dözə bilmir və xəncərin
çıxarıb, öz ürəyinə sancır. Mağarada gözləməkdən
yorulan Thispe isə, qorxa-qorxa mağaradan çıxıb,
ağaca tərəf gələrkən sevgilisini ölmüş vəziyyətdə
tapır. Əvvəlcə nə baş verdiyini anlamır. Çox üzülür,
ağlamaqdan bir təhər olan qız, şərfinin yarısının
Pyramusun əlində, yarısının isə öz yuvasına
gedən aslanın ağzında görəndə hər şeyi başa
düşür və xəncəri götürüb, o da öz ürəyinə sancır
ki, sevgilisinə qovuşsun. Elə bu anda yunan
tanrıları, bu eşqi ölümsüzləşdirmək istəyiblər və
altında canlarını fəda etdikləri ağacı, bu ikiliyə həsr ediblər. Belə ki, Pyramusun qanını ağacın meyvəsinə, Thispenin gözyaşlarını isə ağacın yarpaqlarına çeviriblər. O gündən bəri qara tutun çıxmayan ləkəsini yəni Pyramusun qanını, ağacın yarpaqları yəni Thispenin göz yaşları təmizləyir.







