Sleboda: NATO Rusiyaya qarşı yeni taktika tətbiq edir
Amerikalı analitik Mark Sleboda özünün YouTube kanalında Reyçel Blevinsə verdiyi müsahibədə NATO-nun Rusiyaya qarşı planları ilə bağlı iddialar səsləndirib və Ukrayna Silahlı Qüvvələrinin (UHQ) Ust-Luqa limanına endirdiyi zərbələri şərh edib. Sun.Az
xəbər verir ki, Slebodanın sözlərinə görə, Kiyev NATO hava məkanının əsas istifadəçisi deyil.
"Deyərdim ki, NATO Kiyev rejimindən Sankt-Peterburq yaxınlığındakı Rusiya sahillərinə zərbələr endirmək üçün vasitəçi kimi istifadə etməyə başlayıb", - deyə analitik bildirib.
Ekspert əlavə edib ki, NATO-nun bu cür hərəkətləri onun fikrincə təcavüz aktı kimi qiymətləndirilə bilər. O qeyd edib ki, belə hallar NATO ölkələrinin ərazisində baş verərsə, Rusiyanın beynəlxalq hüquqa əsasən cavab vermək hüququ yarana bilər.






