Sülh müqaviləsi olmadan görüş mümkün deyil - Kremldən açıqlama
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş yalnız sülh müqaviləsinin yekunlaşdırılması məqsədilə mümkün ola bilər. Sun.Az xarici mediaya istinadən xəbər verir ki, Putin istənilən vaxt Moskvada görüşməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, əsas məsələ görüşün konkret məqsəd daşıması və nəticə etibarilə məhsuldar olmasıdır.






