Almaniya Hörmüz boğazı üçün gəmilərini əvvəlcədən Aralıq dənizinə göndərir
Berlin Hörmüz boğazında mümkün əməliyyat üçün Bundestaqdan icazə alma prosesini sürətləndirmək məqsədilə əvvəlcədən Aralıq dənizinə hərbi gəmilər göndərməyi planlaşdırır. Sun.Az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Rheinische Post qəzetinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, vaxt itkisinin qarşısını almaq üçün bəzi Alman hərbi bölmələrinin öncədən bölgəyə yerləşdirilməsi qərara alınıb:
"Mandat əldə edildikdən sonra əlavə vaxt itirməmək üçün əvvəlcədən tədbir görürük".






