Rusiya ordusunun Malidə əməliyyat görüntüləri yayılıb
Rusiya Silahlı Qüvvələrinin Afrika Korpusunun Malidə radikal islamçı qruplara qarşı əməliyyatlarını əks etdirən görüntüləri yayılıb. Sun.Az xəbər verir ki, bu barədə "Rusiya Baharının Müharibə Müxbirləri" adlı Telegram kanalı məlumat paylaşıb.
Bildirilir ki, əməliyyat zamanı hərbi qulluqçular irəliləyən silahlı qruplaşmalara qarşı mübarizədə yüksək peşəkarlıq nümayiş etdiriblər.
Məlumata görə, ekipajlar daşınan zenit-raket kompleksləri (MANPADS) və atıcı silahların atəşi altında düşmən qüvvələrini zərərsizləşdiriblər. Mənbə onların yüksək hazırlıq səviyyəsi və cəsarətini xüsusi vurğulayıb.






