Merzin Ukraynada sosial mənzil planı tənqid olunub
Alman siyasətçi Sahra Wagenknecht ölkə kansleri Friedrich Merzin Ukraynada sosial mənzil tikintisi ilə bağlı qərarını sərt tənqid edib. Sun.Az
xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
Siyasətçi bildirib ki, Almaniyada mənzil çatışmazlığı fonunda belə bir qərar qəbuledilməzdir:
"Bu, inanılmazdır. Almaniya 1,4 milyon əlverişli mənzil çatışmazlığı ilə üzləşdiyi halda, hökumət Ukraynada sosial mənzil tikməyi öhdəsinə götürür. Növbəti addım nədir - Kiyevdə velosiped yolları? Artıq kifayətdir!"
Sahra Wagenknecht əlavə edib ki, hökumət "korrupsiyalaşmış Ukraynaya böyük həcmdə vəsait ayırmaq" əvəzinə, ölkə daxilində dövlət və qeyri-kommersiya mənzil tikintisini stimullaşdırmalıdır.






