AzizA

AzizA Dəri və saç 28-04-2026, 08:30

70-ci illər geri qayıdır - 2026-cı ilin yazında trend olacaq 5 saç düzümü

70-ci illər geri qayıdır - 2026-cı ilin yazında trend olacaq 5 saç düzümü

2026-cı ilin yaz mövsümündə 1970-ci illərin ən məşhur saç düzümü trendləri yenidən moda zirvəsinə yüksəlir. Stilistlər və ulduzlar bu dövrün ikonlarından Ceyn Birkin, Şer və Tviggi kimi məşhurlardan ilham alaraq retro və müasir görünüşü birləşdirirlər. Bu saç düzümləri həm nostalji, həm də aktual görünüş yaratmaq istəyənlər üçün ideal seçimdir.

Loading.az bu 5 saç modelini təqdim edir:

1970-ci illər sadəliyi sevmirdi: disko musiqisi, parlaq makiyaj və maksimal həcmli saçlar həmin dövrün əsas xüsusiyyətləri idi. Farra Fosettin “kəpənək” kəsimi, Tviggidə dalğalı bob və Ceyn Birkinin çəpikli düz saçları bu gün də moda dünyasında ilham mənbəyi olaraq qalır.

“Kəpənək” saç düzümü bu mövsüm yenidən trenddədir. Xaricə doğru burulan qatlar saçda maksimum həcm yaradır və dinamik görünüş verir. Fen və dairəvi daraqla asanlıqla formaya salınan bu stil 70-ci illərin ruhunu müasir formada əks etdirir. Uzun və düz saçlar da yenidən populyarlıq qazanır. Şerin məşhur parlaq və hamar saçları bu trendin əsas ilham mənbəyidir.

Minimalist, amma çox effektli olan bu görünüş həm gündəlik, həm də xüsusi günlər üçün uyğundur. Orta uzunluqda, çəpikli saçlar Ceyn Birkin sayəsində klassikaya çevrilib. Müasir interpretasiyada isə bu stil daha teksturalı və bir qədər uzadılmış çəpiklə təqdim olunur ki, bu da ona həm rahat, həm də şık görünüş verir.

Uzun dalğalı saçlar təbii gözəlliyi vurğulayan ən sadə, amma təsirli variantlardan biridir. Az vasitə ilə əldə edilən bu saç düzümü saçın təbii həcmini ön plana çıxarır və romantik aura yaradır.

Qısa dalğalı bob isə Tviggidən ilham alır. Bu gün bu saç düzümü daha səliqəli və zərif formada təqdim olunsa da, retro cazibəsini qoruyub saxlayır. Bu mövsüm retro üslub müasir yanaşma ilə yenidən doğulur. Sadəcə özünüzə uyğun saç düzümünü seçin və 70-ci illərin ikon stilini yenidən canlandırın

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
136 152 126 144 176 138

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.