Nika77

Nika77 Şeirlər 29-04-2026, 16:00

Poeziya

Poeziya

Bircə dəfə öpə bildim telindən,

Bircə dəfə can eşitdim dilindən.

 Bir röyada tutacaqdım əlindən,

Çağırdılar, yuxum qaçdı ayrıldıq.


Bu ümid də məni qoydu gümansız,

Vurub keçdi cəllad kimi amansız.

Dillər tökdüm inanmadı imansız,

Baxıb gördüm qəlbi daşdı ayrıldıq


Vahid Əziz


Nə səsin var artıq, nə də nəfəsin,

Küləklər apardı qalan həvəsin.

Bir ad qaldı dildə, o da həsrətin,

Dilim lal kəsildi, susduq ayrıldıq.


Yuxular da məndən üz döndərdilər,

Xatirələr səni gizlətdilər.

Bir ömürlük yolu yarım etdilər,

Yolun ortasında qaldıq, ayrıldıq.


Məcidova Xədicə

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
125 142 130 132 143 127

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.