Aİ-dən Ukraynaya 90 milyardlıq dəstək: ilk vəsait dronlara ayrılır
Avropa Birliyinin (AB) Ukraynaya ayırdığı 90 milyard avroluq kreditin ilk tranşı Ukrayna Silahlı Qüvvələri (USQ) üçün pilotsuz uçuş aparatlarının (PUA) alınmasına yönəldiləcək. Sun.Az
xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib. Onun çıxışı Avropa Parlamentinin YouTube kanalında yayımlanıb.
Ursula fon der Leyen qeyd edib ki, "təxminən 6 milyard avro dəyərində olan ilk müdafiə paketi dron istehsalına yönəldiləcək".
Onun sözlərinə görə, Avropa Birliyi 2026-cı ilin ikinci rübündə ayrılması planlaşdırılan 45 milyard avroluq kredit paketinin ilk tranşını ödəyəcək. Ayrılan vəsaitin üçdə biri Ukraynanın dövlət büdcəsinə, üçdə ikisi isə Ukrayna Silahlı Qüvvələrinə dəstək məqsədilə istifadə olunacaq.






