Rusiya Qazaxıstana təşəkkür etdi - səbəb Ukrayna mövqeyi
Rusiya Ukrayna münaqişəsində Qazaxıstanın balanslı mövqeyinə görə minnətdarlığını ifadə edib. Sun.Az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Astanaya səfəri zamanı bildirib.
Lavrov qeyd edib: "Biz Ukraynadakı və ətrafındakı vəziyyəti müzakirə etdik. Qazaxıstanlı tərəfdaşlarımıza vəziyyəti anladıqlarına və baş verənləri qiymətləndirməkdə balanslı yanaşmalarına görə minnətdarıq".
O əlavə edib ki, bu mövqe, o cümlədən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qiymətləndirmələri müxtəlif beynəlxalq tədbirlərdə müntəzəm olaraq səsləndirilir.






