ABŞ-da şok iddia: keçmiş FTB rəhbəri Trampı hədələyib
Federal Təhqiqat Bürosunun (FTB) keçmiş direktoru Ceyms Komi ABŞ Prezidenti Donald Trampa qarşı şifrələnmiş ölüm təhdidi yaymaqda ittiham olunur. Sun.Az
xəbər verir ki, bu barədə RİA Novosti agentliyinin nəzərdən keçirdiyi ittihamnamədə qeyd olunub. Sənəddə bildirilir ki, Ceyms Brayan Komi sosial media platformasında "86 47" ifadəsini əks etdirən, dəniz qabıqları ilə düzülmüş foto paylaşaraq ABŞ prezidentinə qarşı bilərəkdən və qəsdən zorakılıq çağırışı edib.






