Hərdən isə bağışlamaq istədim, qəlbimin ağrısı yadıma düşdü..

Soyuqluq gördüm əziz birindən,
İtirmək qorxusu canıma düşdü.
Bildim ki iş işdən geçibdir daha,
Sındı qollarım yanıma düşdü.

Gec olmuşdu, mən fərqinə varınca,
Baxa-baxa qaldım elə dalınca,
Göz yaşımın naləsini alınca,
Getdiyi o yolda ahıma düşdü.

Ağlayaraq Allahımı səslədim,
Bitib tükənməz nifrət bəslədim,
Hərdən isə bağışlamaq istədim,
Qəlbimin ağrısı yadıma düşdü.







