Jafarova

Jafarova Şeirlər 3-05-2026, 12:15

Dünya

Dünya

Yoxdur ki bir nəfər,fani həyatda,

Yaşaya əbədi,qala əbədi.

Görmədim ölümü ,kimsə dərk edib,

Dünyaya meylini,sala əbədi.

Yazdığı heç nəyi pozmayıb ALLAH,

Bəndənin quyusun qazmayıb ALLAH,

Heç kimin bəxtinə yazmayıb ALLAH,

Xoşbəxtlik havasın çala əbədi.

Dünya eşqinə çəm,olmayan biri,

Gözü nəm,meyli dəm,olmayan biri,

İnanmam ağlı kəm olmayan biri,

Dünyanın qadasın ala əbədi.

Ölüm nazil olur,düşürlər başa,

Ən sonda hamımız dönəcək daşa,

Az ömrü gəl,ALLAH deyən tək yaşa,

Sonda düşməyəsən nara əbədi..!)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
128 112 120 133 130 104

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.