cabir

cabir Xəbərlər 3-05-2026, 17:50

KİV: Almaniya müharibəyə hazırlıq görür

KİV: Almaniya müharibəyə hazırlıq görür

Almaniya mülki infrastrukturunu Avropada baş verə biləcək potensial hərbi münaqişəyə hazırlamaqdadır. Lakin hərbiləşdirmə prosesi üçün dövlət büdcəsində vəsait çatışmadığından, hökumət bu işə özəl sektoru cəlb etməyə çalışır.            Sun.Az               

xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.                   

Agentliyin məlumatına görə, Bremenhafendəki böyük Avropa limanında modernləşdirmə işləri aparılır. Əvvəllər əsasən avtomobil daşımaları üzrə ixtisaslaşan bu limanın hərbi logistika ehtiyaclarına uyğunlaşdırılması məqsədilə büdcədən 1.35 milyard avro vəsait ayrılıb.

"Yükləmə platformaları gələcək cəbhə xətlərinə çatdırılmaq üçün 60 tonluq "Leopard" tankı kimi ağır hərbi texnikaları yerləşdirmək imkanına malik olacaq.

Bu nümunə Berlinin ehtimal edilən müharibəyə genişmiqyaslı hazırlıq gördüyünü nümayiş etdirir. Bununla yanaşı, hərbiləşdirmə üçün dövlət büdcəsindəki vəsait qıtlığı səbəbindən rəhbərlik iş adamlarını prosesə qoşmağa cəhd edir, lakin özəl sektor bu vəziyyətə müqavimət göstərir və hər zaman əməkdaşlığa razı olmur", - deyə "Bloomberg" qeyd edir.

                   

              

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
108 124 86 142 111 91

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.