ice berg

ice berg Mətbəx 5-05-2026, 16:00

Sadə resept, böyük dad - Südlü qarğıdalı piroqu

Sadə resept, böyük dad - Südlü qarğıdalı piroqu

Mətbəx resepti: qarğıdalı unlu südlü piroq - asan və ləzzətli desert

 

Loading.aZ xəbər verir ki, ev şəraitində hazırlanan qarğıdalı unlu südlü piroq həm sadə, həm də ləzzətli desertlərdən biridir.

 

Hazırlanması üçün 1 litr süd, 250 qram qarğıdalı unu, 120 qram şəkər tozu, 50 qram yağ, 3 ədəd yumurta, yarım vanil çubuğu və 3-4 dilim təzə və ya konserv ananas istifadə olunur.

 

Hazırlanma qaydası belədir: süd vanil ilə birlikdə qaynadılır. Daha sonra südün içinə yavaş-yavaş qarğıdalı unu əlavə edilərək qarışdırılır ki, topa-topa olmasın və daşmasın. Qarışıq qazdan götürüldükdən sonra yumurta sarısı, yağ və yumurta ağı əlavə edilərək yaxşıca qarışdırılır.

 

Hazırlanan kütlə yağlanmış və unlanmış tavaya tökülür və əvvəlcədən qızdırılmış duxovkada təxminən 60 dəqiqə bişirilir. Hazır piroq soyudulduqdan sonra üzərinə ananas və ya digər meyvələr əlavə edilərək süfrəyə verilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
116 131 105 131 168 141

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.