Çindən çağırış: ABŞ və İran təcili atəşkəsə getməlidir
ABŞ və İran mümkün qədər tez bir zamanda hərtərəfli atəşkəs sazişi imzalamalı, eyni zamanda Tehranın nüvə enerjisini inkişaf etdirmək hüququ qorunmalıdır. Sun.Az
xəbər verir ki, CNN-in məlumatına görə, Çinin xarici işlər naziri Vanq Yi bunu iranlı həmkarı Abbas Əraqçi ilə keçirdiyi danışıqlar zamanı bildirib.
Çinli nazir vurğulayıb ki, "hərtərəfli atəşkəs sazişi təxirə salına bilməz və müharibənin yenidən başlanması arzuolunmazdır".
Vanq Yi əlavə edib ki, Pekin İranın nüvə silahı hazırlamaqdan imtina etmə öhdəliyini yüksək qiymətləndirir. O, həmçinin qeyd edib ki, İslam Respublikasının nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ qanunidir.






