Meşə yanğınlarını izləyən təyyarə qəzaya uğradı
Rusiyanın Omsk vilayəti ərazisində iki nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası ilə bağlı cinayət işi açılıb. Sun.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi-nin Şərq Regionlararası Nəqliyyat İstintaq İdarəsi Lenta.ru-ya məlumat verib.
Hadisə Rusiya Cinayət Məcəlləsinin 263-cü maddəsi ("Təyyarələrin hərəkəti və istismarı təhlükəsizliyi qaydalarının pozulması") ilə təsnif edilib.
Müstəntiqlərin bildirdiyinə görə, mayın 6-da göyərtəsində iki nəfərin olduğu "Aeroprakt-22L2" tipli yüngül təyyarə Koşkarevo kəndi yaxınlığındakı uçuş-enmə zolağından havaya qalxıb. Pilot uçuş nöqtəsinə qayıtmaq istədiyini bildirdikdən sonra təyyarə ilə əlaqə kəsilib. Təyyarənin qalıqları uçuş yerindən dörd kilometr aralıda aşkar edilib.
Hadisə yerinə istintaq qrupu göndərilib.
Təyyarə "Aviabaza" MMC tərəfindən idarə olunurdu və hava işləri apararkən qəzaya uğrayıb. Bildirilir ki, təyyarə bölgədəki meşə yanğınlarının monitorinqini həyata keçirirmiş. Qəzanın səbəbi hələlik məlum deyil.






