Tramp Hörmüz boğazındakı əməliyyatı dayandırdı - Səudiyyədən sərt reaksiya
ABŞ Prezidenti Donald Trump Səudiyyə Ərəbistanının sərt reaksiyasından sonra Hörmüz boğazında həyata keçirilməsi planlaşdırılan "Azadlıq Layihəsi" missiyasını dayandırıb. Sun.Az
xəbər verir ki, bu barədə NBC News ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Trampın qərarı Səudiyyə Ərəbistanı rəhbərliyində ciddi narazılıq yaradıb. Buna cavab olaraq krallıq ABŞ-a bildirib ki, Amerika ordusunun əməliyyatı dəstəkləmək məqsədilə Ər-Riyadın cənub-şərqində yerləşən Şahzadə Sultan aviabazasından və ya Səudiyyə Ərəbistanının hava məkanından istifadəsinə icazə verilməyəcək.
Nəşrin yazdığına görə, Tramp və Səudiyyə Ərəbistanının vəliəhdi Mohammed bin Salman arasında baş tutan son telefon danışığı da yaranmış gərginliyi aradan qaldırmayıb. Nəticədə Vaşinqton ABŞ ordusunun Səudiyyə hava məkanına çıxışını bərpa etmək məqsədilə "Azadlıq Layihəsi" missiyasını dayandırmaq məcburiyyətində qalıb.






