ABŞ Prezidenti Tehrana hədə-qorxu gəldi
Tehran münaqişənin həlli ilə bağlı razılaşmanın şərtlərini qəbul etməyəcəyi təqdirdə, ABŞ İrana qarşı əvvəlkindən daha sərt hərbi zərbələr endirəcək. Sun.Az xəbər verir ki, bu barədə ultimativ açıqlamanı ABŞ Prezidenti Donald Trump özünün Truth Social hesabında edib.
"Əgər İran əldə olunan razılaşmaları həyata keçirməyə razılıq versə - bu, böyük ehtimaldır - o zaman əfsanəvi hərbi "Epik Qəzəb Əməliyyatı" başa çatacaq. Əks halda isə bombardmanlar başlayacaq və təəssüf ki, əvvəlkindən daha genişmiqyaslı və daha intensiv olacaq", - deyə Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, Tehran Vaşinqtonla razılığa gələcəyi halda, ABŞ-ın Hörmüz boğazına tətbiq etdiyi blokada aradan qaldırılacaq və dəniz yolu, o cümlədən İran üçün də açıq olacaq.






