Qadınlar
Bəxtini Allaha edib həvalə,
Eşqin şərbətini içir qadınlar.
O incə qəlbinə, o saf qəlbinə,
Əbədi bir sakin seçir qadınlar
Bəzən də talehi olmur əlində.
Atır şıltağlığı ata evində
Məsuliyyət götürüb çiyinlərində,
Sonra ər evinə köçür qadınlar.
Onlar yaranmayıb cəfadan ötrü,
Yaranıb sevgidən, vəfadan ötrü.
Ailədən, yoldaşdan, baladan ötrü,
Bahar gəncliyindən keçir qadınlar.
Hər vaxt uca tutun onun xətrini.
Qırmayın eşq ilə vuran qəlbini.
Sevin, zamanında bilin qədrini.
Sevgisiz qalanda, çökür qadınlar.
Sərxan Gəncəli






