Jafarova

Jafarova Şeirlər 8-05-2026, 14:30

Ramiz Rövşən-Bu şəhərdə ən gözəl iş

Ramiz Rövşən-Bu şəhərdə ən gözəl iş

Bu şəhərdə ən gözəl iş
Səni sevməkdi, sevmək!
Səni bu şəhərin hər qarışında,
Yazında, yayında, qışında sevmək...
Yüz yol bu şəhərdə yol azmışam mən,
Bütün yollar sənə gəlirmiş demə.
Taleyim sənintək bir bəxti kəmlə
Bütün bu yolları bölürmüş demə.
Sənsiz bu şəhərdə qəribdim, qərib,
Mənə bu şəhəri sən vətən etdin.
Dünyanın içində bir dünya qurub,
Məni o dünyanın şahı sən etdin.
Sən elə bilirdin sən mənə yadsan?
Yox, mənim içimdəymişsən deməli.
İndi nə vaxtdır ki, sən bir həyatsan,
Mənim canımdasan sən də mənimlə.
Bu şəhərdə ən gözəl iş
Səni sevməkdi, sevmək!
Bu dünyanın hər yerindən boylanıb,
Təkcə səni görmək, təkcə səni sevmək...

#təkcəsəni sevmək

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
114 97 130 120 152 114

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.