Rusiya 10 maya qədər hərbi əməliyyatları dayandıracaq
Rusiya Sovet xalqının Böyük Vətən Müharibəsində qazandığı qələbənin 81-ci ildönümü münasibətilə Xüsusi Hərbi Əməliyyat (XHƏ) zonasında müvəqqəti atəşkəs elan edib. Sun.Az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, atəşkəs rejimi 8 may saat 00:00-dan başlayaraq 10 may tarixinədək qüvvədə olacaq.
Nazirliyin açıqlamasına əsasən, qeyd olunan müddət ərzində cəbhə xəttində yerləşən Rusiya qoşunları bütün hərbi əməliyyatları tamamilə dayandıracaq. Eyni zamanda raket və artilleriya zərbələri, həmçinin dəniz və hava bazalarından uzaqmənzilli dəqiq silahlarla həyata keçirilən hücumlar da dayandırılacaq.
Bundan əlavə, Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə və digər hədəflərə qarşı pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumların da müvəqqəti dayandırılacağını açıqlayıb.






