Sovet izləri silinir: Ukraynada yeni qərar
Kiyev Regional Administrasiyası Çernobıl və Pripyat şəhərlərində sovet dövründən qalma küçə adlarını dəyişdirib. Sun.Az
xəbər verir ki, bu barədə Strana.ua nəşri məlumat yayıb.
Məlumata görə, Kiyev Regional Administrasiyası küçələrin və digər toponimlərin sovet dövrünə aid adlarının dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb. Qərara əsasən, Pripyat şəhərindəki Lenin prospekti "Mərkəzi prospekt", Çernobıldakı "Kommunist küçəsi" isə "Xilaskarlar küçəsi" adlandırılıb.
Məqalədə həmçinin vurğulanıb ki, mövcud məhdudiyyətlər səbəbindən Çernobıl zonasında daimi mülki əhali yaşamır.






