ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 9-05-2026, 14:33

Maaşlarla bağlı şad xəbər: prosesə start verilir – 2 ay ərzində…

Maaşlarla bağlı şad xəbər: prosesə start verilir – 2 ay ərzində…

Maaşlarla bağlı şad xəbər: prosesə start verilir – 2 ay ərzində…

Xəbər verdiyimiz kimi,Azərbaycanda həm dövlət, həm özəl sektorda çalışan şəxslər maaşlarını istədikləri bankdan ala biləcəklər. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, yaxın 2-3 ay ərzində əməkhaqqının liberallaşdırılması mərhələsinə start verilə bilər.

Prosesin məqsədi nədir? Bu, işçilərə hansı üstünlükləri verəcək?

Cin.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib ki, bu proses muzdlu çalışanların həm büdcələrinə, həm də vaxtlarına qənaət etməsinə imkan yaradacaq:

“Belə ki, əvvəlki qaydalara əsasən əməkdaşlar  maaş kartını yalnız müəssisənin əməkdaşlıq etdiyi bankdan əldə edə bilirdilərsə, indi seçim sərbəst olacaq. Əməkdaşlar özlərinə yaxın və ya daha uyğun hesab etdikləri bankda kart açaraq maaşlarını həmin hesaba köçürə biləcəklər. Bu dəyişiklik işçilərin vaxt və xərclərini daha səmərəli idarə etməsinə şərait yaradacaq”.

İqtisadçı bildirib ki, bu addım banklar arasında rəqabəti də gücləndirəcək:

“Əvvəllər müəssisələr əsasən məhdud sayda bankla əməkdaşlıq etdiyi halda, indi bütün banklar əməkhaqqı əməliyyatlarında iştirak etmək imkanı qazanacaq. Bu isə onların xidmət imkanlarını genişləndirəcək. Eyni zamanda, bankomat və filial şəbəkələrinin genişlənməsinə şərait yaranacaq ki, bu da bank sektorunun daha da şaxələnməsinə, bank xidmətlərinin əlçatanlığının artmasına və vətəndaşların xidmətlərdən daha rahat istifadə etməsinə imkan verəcək”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
102 112 86 96 122 85

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.