cabir

cabir Xəbərlər 9-05-2026, 13:20

Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.               Sun.Az               

-ın məlumatına görə, müraciətdə deyilir:                    

"Həftəsonu və bayramla əlaqədar qeyri-iş günlərində respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir. Xüsusilə turizm və istirahət bölgələrinə aparan yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi hər bir hərəkət iştirakçısını məsuliyyətli olmağa çağırır.

Sürücülərdən xahiş olunur ki:

- Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər.

- Səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər.

- Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər.

- Yolda nizamlanma vasitələrinin tələblərinə ciddi əməl etsinlər.

Səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər.

Unutmayaq ki, təhlükəsiz səfər hər birimizin məsuliyyətli davranışından asılıdır.

Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə səfərlər zamanı ehtiyatlı olmağı və yol hərəkəti qaydalarına ciddi riayət etməyi tövsiyə edir".

                     

                     

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
91 87 107 77 126 142

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.