ice berg

ice berg Dəri və saç 10-05-2026, 18:00

Saç yuyarkən bunları etməyin

Saç yuyarkən bunları etməyin

Saç yuyarkən edilən bəzi gündəlik səhvlər zamanla saçların zəifləməsinə, tökülməsinə və qırılmasına səbəb ola bilər. Xüsusilə çox isti su ilə saç yumaq baş dərisinin qurumasına və saç tellərinin zədələnməsinə gətirib çıxarır.

 

Loading.aZ xəbər verir ki, bərbərlər və saç baxımı üzrə ekspertlər bildirirlər ki, şampunun normadan artıq istifadəsi də saçın təbii yağ balansını poza bilər. Bundan başqa, saçları sərt şəkildə dəsmalla qurutmaq və yaş halda daranmaq qırılma riskini artırır.

 

Mütəxəssislərin sözlərinə görə, saç tipinə uyğun olmayan məhsullardan istifadə etmək də ciddi problemlərə yol aça bilər. Onlar saçların sağlam qalması üçün ilıq su, uyğun şampun və yumşaq qulluq üsullarını tövsiyə edirlər.

 

Ekspertlər qeyd edirlər ki, düzgün saç baxımı həm saç tökülməsinin qarşısını almağa, həm də saçların daha canlı görünməsinə kömək edir. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
128 94 160 147 176 101

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.