cabir

cabir Xəbərlər 10-05-2026, 19:30

Peter Madyar Macarıstanın yeni baş naziri oldu

Peter Madyar Macarıstanın yeni baş naziri oldu

"Tisa" Partiyasının lideri Peter Madyar yeni çağırış parlamentin ilk iclasında Macarıstanın baş naziri seçilib.               Sun.Az                 

xəbər verir ki, bu barədə TASS məlumat yayıb.                      

Məlumata görə, onun lehinə 140, əleyhinə 54 deputat səs verib, bir nəfər bitərəf qalıb.

Yerli telekanallar tərəfindən canlı yayımlanan səsvermənin nəticələri elan edildikdən dərhal sonra Madyar ölkənin yeni hökumət başçısı qismində and içib. O bu vəzifədə 16 il fasiləsiz hakimiyyətdən sonra Vətəndaş İttifaqı Partiyası ilə birlikdə müxalifətə keçən Viktor Orbanı əvəzləyəcək.

Bununla yanaşı, Macarıstanda seçkidə qalib gələn "Tisa" Partiyasının sədr müavini Agneş Forsthöffer parlamentin sədri seçilib. Gizli səsvermə zamanı onun namizədliyini 193 deputat dəstəkləyib, iki nəfər əleyhinə səs verib.

          

            

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
136 105 91 70 114 118

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.