ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 11-05-2026, 22:15

273 sərnişin daşıyan Türkiyə təyyarəsi alovlandı

273 sərnişin daşıyan Türkiyə təyyarəsi alovlandı

273 sərnişin daşıyan Türkiyə təyyarəsi alovlandı

Türk Hava Yollarına məxsus təyyarə Katmandudakı Tribhuvan Beynəlxalq Hava Limanına eniş edərkən alovlanıb.

Duz.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət İstanbuldan uçan Airbus A330 təyyarəsindən gedir. Təyyarənin göyərtəsində 273 sərnişin və 11 ekipaj üzvü olub. Tüstülənmə aşkar edildikdən sonra təyyarədə olan hər kəs şişmə traplar vasitəsilə operativ şəkildə təxliyə edilib, hava limanının fəaliyyəti isə müvəqqəti dayandırılıb.

Məlumata görə, eniş problemsiz baş tutub, lakin təyyarə sükan yolunda hərəkət edərkən şassi hissəsində tüstü müşahidə olunub.

İlkin məlumatlara əsasən, hadisəyə hidravlik mayenin əyləc sisteminə düşməsi səbəb olub və bu da yanğına gətirib çıxarıb. Yanğınsöndürənlər alovu bir neçə dəqiqə ərzində söndürüblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
92 95 124 78 106 113

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.