Tayvan Çin tədqiqat gəmisini qovduğunu bildirir
Tayvanın sahil mühafizəsi bazar ertəsi günü Çin tədqiqat gəmisinin adaya yaxın sularda "qanunsuz" əməliyyatlarını dayandırdığını və onu qovduğunu bildirib. Sun.Az Reuters-ə istinadən xəbər verir ki, Taybey Çinin dəniz fəaliyyətlərini artırmasının təxribatçı bir nümunəsi olduğunu düşünür. Sahil mühafizəsi ötən cümə axşamı bildirib ki, ötən il istismara verilən Çin gəmisi "Tongji" Tayvanın cənub ucundan 29 dəniz mili cənub-şərqdə, məhdud sulardan kənarda aşkar edilib.
Gəminin "qanunsuz" tədqiqat əməliyyatları üçün elmi alətlərin yerləşdirilməsi ilə bağlı şübhəli bilinən ipləri suya endirdiyi müşahidə edilib və sahil mühafizəsi öz gəmisini göndərib, deyə açıqlamada bildirilib.
Müəllif: İlkin Məmmədkərimov






