ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 12-05-2026, 22:08

Hörmüz açılmasa, neftin qiyməti 115 dollara çatacaq - PROQNOZ

Hörmüz açılmasa, neftin qiyməti 115 dollara çatacaq - PROQNOZ

Hörmüz açılmasa, neftin qiyməti 115 dollara çatacaq - PROQNOZ

“Brent” markalı neftin qiyməti Trampın İranın sülh planını rədd etməsindən sonra 105 dolları keçib

Cin.az xəbər verir ki, ICE birjasının məlumatlarına görə, “Brent” markalı neftin iyul fyuçersi bir barel üçün 105,33 dollara qədər bahalaşıb.

“The Wall Street Journal” yazır ki, bazarlar ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdəki münaqişənin nizamlanması ilə bağlı İranın son təklifinə dair bəyanatına belə reaksiya verib.

Mayın 10-da ABŞ prezidenti İranın 14 maddədən ibarət sülh planını qəbuledilməz adlandırıb. İran hakimiyyəti isə bildirib ki, münaqişənin həlli üzrə son təklifin alternativi yoxdur.

“The Wall Street Journal” qeyd edir ki, Yaxın Şərqdəki münaqişə investorların Hörmüz boğazının blokadasının uzun çəkəcəyi ilə bağlı narahatlıqlarını artırır.

Dünya Bankının proqnozlarına görə, əgər ilin sonuna qədər Hörmüz boğazı vasitəsilə yanacaq tranziti müharibədən əvvəlki səviyyəyə qayıtmasa, 2026-cı ildə “Brent” neftinin orta qiyməti 115 dollara çata bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
100 83 72 114 88 81

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.