Peyğəmbəri ﷺ səmimi-qəlbdən sevməyin altı əlaməti 🫀
Peyğəmbəri ﷺ səmimi-qəlbdən sevməyin altı əlaməti
Peyğəmbəri ﷺ sevməyin də səmimiliyini göstərən əlamətlər vardır. Kimin bu əlamətlərdən nəsibi nə qədər çox olarsa, onun Peyğəmbərə ﷺ olan məhəbbəti də o qədər böyük olar. Bu əlamətlərdən altısını qeyd edək:
1) Peyğəmbərin ﷺ sünnəsinə tabe olmaq və onun yolunu tutmaq.
2) Peyğəmbəri ﷺ çox xatırlamaq və görməyi arzulamaq.
3) Qurani-Kərimi öyrənmək, ona əməl etmək və onun buyurduğu əxlaqi keyfiyyətlərə yiyələnmək.
4) Peyğəmbəri ﷺ sevənləri sevmək, onun düşmənlərinə isə nifrət etmək.
5) Peyğəmbəri ﷺ Uca Allahın ona verdiyi məqamdan üstün etməklə həddi aşmaqdan və ifrata varmaqdan çəkinmək.
6) Bidətlərdən çəkinmək və nəfsi istəklərə uymaqdan uzaq durmaq.






