ODiNoKiY_VoLK

ODiNoKiY_VoLK Xəbərlər 14-05-2026, 20:06

Azərbaycanda 90 nəfərə yeni həyat verildi - STATİSTİKA

Azərbaycanda 90 nəfərə yeni həyat verildi - STATİSTİKA

Azərbaycanda 90 nəfərə yeni həyat verildi - STATİSTİKA

2026-cı ilin ilk 4 ayı ərzində Azərbaycanda ümumilikdə 90-a yaxın orqan transplantasiyası həyata keçirilib.

Bu barədə Cin.az-ın sorğusuna cavab olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzindən bildirilib ki, həyata keçirilən əməliyyatların 10-dan çoxu meyit donorlar hesabına icra olunub.

Məlumata görə, transplantasiya olunan pasiyentlərin gender bölgüsündə kişilər üstünlük təşkil edib. Belə ki, əməliyyat olunan şəxslərin təxminən 60-ı kişi, 30-a yaxını isə qadın olub.

Yaş qrupları üzrə statistikaya əsasən, orqan köçürülən şəxslərin 20-yə yaxını 0–18 yaş aralığında olub. 18–35 yaş qrupunda təxminən 20 nəfərə transplantasiya icra edilib.

Ən çox transplantasiya 35–50 yaş aralığında qeydə alınıb. Bu yaş qrupunda 35-dən çox pasiyent əməliyyat olunub. 50 yaşdan yuxarı şəxslərin sayı isə 10-a yaxın olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
80 67 82 97 112 115

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.