Tramp Si Cinpini təriflədi: "Sən əla lidersən"
ABŞ Prezidenti Donald Tramp Pekində keçirilən danışıqlardan əvvəl Çin Prezidenti Si Cinpini tərifləyərək, iki ölkə arasında yaranan problemlərin tez-tez telefon danışıqları vasitəsilə həll olunduğunu bildirib. Sun.Az
xarici mediaya istinadən xəbər verir ki, Tramp münasibətlərdə çətin məqamlar yaşansa da, tərəflərin problemləri qısa zamanda aradan qaldırdıqlarını qeyd edib: "İşlər çətin olanda anlaşa bilirdik. Mən sənə zəng edirdim, sən də mənə zəng edirdin. Nə vaxt problemimiz olsa, insanlar bizim aramızda problem olduğunu belə hiss etmirdilər. Biz bunları çox tez həll edirdik və birlikdə fantastik gələcəyimiz olacaq. Sən əla lidersən. Mən bunu hamıya deyirəm. Bəzən insanlar bunu deməyi xoşlamırlar, amma yenə də deyirəm, çünki bu, doğrudur", - deyə Ağ Ev rəhbəri vurğulayıb.






