Si ABŞ şirkətlərinin daha geniş perspektivlərə sahib olacağını deyir
Tramp Si Cinpini iş adamlarına bir-bir təqdim edib. Sun.Az
Reuters-ə istinadən xəbər verir ki, Sinxua agentliyinin verdiyi məlumata görə, ABŞ-ın biznes rəhbərləri Çin bazarına böyük əhəmiyyət verdiklərini və ölkədəki bizneslərini dərinləşdirməyə və əməkdaşlığı gücləndirməyə ümid etdiklərini bildiriblər.
Si bildirib ki, ABŞ şirkətləri Çinin islahatlarında və açıqlığında dərindən iştirak edir və hər iki tərəf bundan faydalanıb. "Çin ABŞ arasında qarşılıqlı faydalı əməkdaşlığın güclənməsini alqışlayır və ABŞ şirkətlərinin Çində daha geniş perspektivlərə sahib olacağına inanır".
Müəllif: İlkin Məmmədkərimov






