Ermənistandan Rusiya ilə bağlı mühüm qərar
Ermənistan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək. Sun.Az
xəbər verir ki, bu barədə Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Siyasətçi qeyd edib ki, Ermənistan sanksiya rejiminə qoşulmayacaq. O, eyni zamanda ölkəsinin həmin məhdudiyyətlərdən yayınmaq üçün də addımlar atmayacağını vurğulayıb.






