Paşinyanın tort reaksiyası gündəm oldu
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin xəritəsi formasında hazırlanmış tortu kəsməkdən imtina edib. Sun.Az
xəbər verir ki, həmin anın görüntüləri Radar Armenia tərəfindən Telegram kanalında paylaşılıb.
Hadisə Paşinyanın seçki kampaniyası çərçivəsində Gülyakarak icmasına səfəri zamanı baş verib. Sakinlər baş nazirin gəlişi münasibətilə Ermənistan ərazisi formasında tort hazırlayıblar. Tortun rəngləri isə hakim komandanın seçki kampaniyasında istifadə etdiyi narıncı və mavi tonlarla uyğunluq təşkil edib.
Paşinyan isə tortun kəsilməsinə etiraz edərək belə deyib:
"Xeyr, xeyr, çox sağ olun. Nə demək istədiyinizi başa düşürəm, amma biz bu tortu kəsməyəcəyik. Xahiş edirəm, tortlar, ümumiyyətlə yeməli olan heç nə Ermənistan formasında hazırlanmasın".






