_Gйпеl_

_Gйпеl_ İslam Dini 17-05-2026, 06:00

Sirri qorumağın əhəmiyyəti

Sirri qorumağın əhəmiyyəti

1. Sirri qorumağın əhəmiyyəti


Peyğəmbər (ﷺ) buyurdu: "Əgər bir kəs sənə bir söz deyib sonra (ətrafına) boylanarsa (gizli qalmasını istəyərsə), o söz artıq sənə bir əmanətdir." (Sünən ət-Tirmizi 1959, həsən hədis)


2. Təkəbbürün təhlükəsi


Peyğəmbər (ﷺ) buyurdu: "Qəlbində zərrə qədər təkəbbür (lovğalıq) olan kəs Cənnətə girməz." Bir nəfər soruşdu: "İnsan istəyir ki, paltarı və ayaqqabısı gözəl olsun (bu da təkəbbürdür?)". O buyurdu: "Allah gözəldir və gözəlliyi sevir. Təkəbbür isə haqqı inkar etmək və insanlara xor baxmaqdır." (Səhih Müslim, 91)


3. İşçinin haqqı


Peyğəmbər (ﷺ) buyurdu: "İşçinin zəhmət haqqını (maaşını) təri qurumamışdan əvvəl verin." (Sünən İbn Macə 2443, səhih)


4. Ən pis oğru


Peyğəmbər (ﷺ) buyurdu: "Ən pis oğru namazından oğurluq edəndir". Səhabələr soruşdular: "Ey Allahın Elçisi, insan namazından necə oğurluq edər?" Peyğəmbər (ﷺ) dedi: "Rükusunu və səcdəsini tam yerinə yetirməməklə." (Səhih İbn Hibban 1888, İmam Əhməd, 5/310; əl-Hakim, 1/229)


5. Qeybət və Böhtan Arasındakı Fərq


Allahın Elçisindən (ﷺ) soruşdular: "Ey Allahın Elçisi, qeybət nədir?" O buyurdu: "Qardaşının xoşlamadığı bir şəkildə onu xatırlamağındır." Soruşuldu: "Bəs əgər dediyim şey qardaşımda varsa (doğrudursa), necə?" O buyurdu: "Əgər dediyin söz onda varsa, artıq qeybət etmiş olursan. Əgər yoxdursa, onda ona böhtan (iftira) atmış olursan." (Səhih Müslim 2589; Sünən Əbu Davud, 4874)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
148 205 160 119 142 125

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.