Aforizmlər (l)
- Bir yandan boşalır, bir yandan dolur, Sirrini verməyir sirdaşa dünya. (Səməd Vurğun)
- Boşluq varsa, o mütləq dolmalıdır. (Əbu Turxan)
- Böyük dünya kiçik dünyadan böyük deyil. (Əbu Turxan)
- Bu dünya bir qızıl kuzəyə bənzər,
Suyu gah şirindir, gah da ki, zəhər.
Çox da öyünmə ki, uzundur ömrün,
Əcəl köhlənində hazırdır yəhər. (Məhsəti) - Bu dünya gör-götür dünyasıdır. (El hikməti)
- Bu dünya imkanla gerçəklik arasında qərar tutur. Biz sonsuz imkan dünyasında ancaq bir cığır seçib gedirik. (Əbu Turxan)
- Bu dünya tələdir, yemi də istəklər. (Cəlaləddin Rumi)
- Bulud ağlamasa, çəmən gülməz. (Nizami Gəncəvi)
- Bütövləşmək əzmində olan yarımçıq dağılmaq ərəfəsində olan bütövdən daha dəyərlidir. (Əbu Turxan)
- Bütün gizlinlər gec-tez akarlanır. (Sokrat)
- Cahan ağıl, can sənin sərmayəndir,
Yerlə göylər hamısı bəzəyindir. (Şəbüstəri) - Çətin olan hər iki dünyada bəxtəvər olmaqdır. (Əbu Turxan)






