Aforizmlər (lV)
- Hər şeyin bir kölgəsi var, heçlikdən başqa. (Əbu Turxan)
- Hər şeyin üç varlıq dərəcəsi olur; ən aşağı səviyyədə şey özlüyündə mövcuddur, nisbətən yüksək pillə onun insan şüurunda, ən ali pillə isə Allahın dərgahındakı mövcudluğudur. (Əbu Turxan)
- İdrakın zirvəsindən dünya dəlixana kimi görünür. (İohann Volfqanq Göte)
- İnsan ancaq yaranmaq məqamı çatmış olan şeyi yarada bilər. (Əbu Turxan)
- İnsan bu fani dünyada daim yol gedir ki, nəhayət, onun cazibəsindən kənara çıxsın. Amma bu ona ancaq ömrün sonunda müyəssər olur. (Əbu Turxan)
- İnsan dəyişdikcə dünya da onun üçün dəyişmiş olur. Müxtəlif inkişaf səviyyələrində insan öz dünyasını hər dəfə yenidən qurur. (Əbu Turxan)
- İnsan dünyanı necə mənalandırırsa, elə də dərk edir. (Əbu Turxan)
- İnsan həqiqəti öyrənmək üçün təbiətin dilini öyrənir. (Əbu Turxan)
- İnsan idrakına daimi bir daxili mübarizə xasdır, çünki o iki barışmaz tələbat üzərində qurulmuşdur. Birincisi, görmək ehtiyacı – amma biz ancaq sürəkli olanı görürük, sürəklilik isə sonsuzdur. İkincisi, anlamaq ehtiyacı, – biz ancaq sonlu olanı anlaya bilərik. (Puankare)
- İnsan iki dünyanın övladıdır. (İmmanuel Kant)
- İnsan ilə onun dünyası eyni tərbibli olur; hər bir məqamda insan özü nədirsə, dünya da onun üçün elə odur. (Əbu Turxan)
- İnsan o vaxt xoşbəxt olur ki, iç dünyası ilə içində yaşadığıdünya uyğun gəlsin. (Əbu Turxan)
- İnsan özünü ancaq dünyanı dərk etdiyi dərəcədə dərk edə bilər. (İohann Volfqanq Göte)






