Jafarova

Jafarova Aforizm 18-05-2026, 22:30

Aforizmlər (Vl)

Aforizmlər (Vl)
  • Qaranlıq işığın yoxluğundan, kölgə işığın çoxluğundan törəyir. (Əbu Turxan)
  • Qəlb narahat olanda – kəsrət,
    qəlb rahat olanda – vəhdət yaranır. (Aşvaqoşa)
  • Qoy gənclər dünyanı xəyal etdikləri kimi görsünlər, böyüyəndə onsuz da necə olduğunu görəcəklər. (Volter)
  • Ruhani dünyanın ülviyyətinə qovuşanların cismani dünyada bəxti gətirmir. (Əbu Turxan)
  • Ruhani və cismani dünya həyatın özü yox, qütbləridir. İnsan bu iki qütb arasında yaşayır. (Əbu Turxan)
  • Sonlunun hüdudundan çıxmadan sonsuzluğu duymaq olmaz. (Əbu Turxan)
  • Suyun rəngi qabının rəngidir. (Bistami)
  • Təbiət ancaq o adama tabe olur ki, o təbiətin dili ilə danışır. (Frensis Bekon)
  • Təbiət ancaq qaydalardan ibarət olsaydı, darıxdırıcı olardı. İnsanın hərdən bir möcüzələrə də ehtiyacı vardır. (Əbu Turxan)
  • Təbiət gizlənməyi xoşlayır. (Heraklit)
  • Təbiət kitabı nağıl dünyasını xatırladır; axırıncı otağa çatanda, yenə qırx qapı açılır. (Əbu Turxan)
  • Təbiətdə hər şey içəridən bağlıdır bir-birinə... (İohann Volfqanq Göte)
  • Təbiətdə hər şeyin öz yeri var; nadir hallarda yerlər dəyişik düşəndə buna möcüzə deyirlər. (Əbu Turxan)
  • Təbiətin kitabı riyaziyyat dilində yazılmışdır. (Qalileo Qaliley)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
133 90 122 138 120 116

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.